London təşvişdə: yeni terakt gözlənilir

Day.Az представляет новость на азербайджанском языке

Britaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, London metrosunda partlayış törətmiş şəxs tək olmayıb. Bu şəxs daha bir neçə şübhəli ilə əlaqələr baxımından axtarışdadır.

Milli.Az Sky News-a istinadən bildirir ki, Skotland-Yardın antiterror departamentinin rəhbəri Mark Rouli belə deyib.

Cümə günü səhər saatlarında London metrosundakı partlayışdan sonra Britaniyada terror təhlükəsi maksimal sayılan "kritik" səviyyəyə yüksəldilib.

Bu isə o deməkdir ki, hakimiyyət dairələrinin fikrincə, növbəti terror aktı qaçılmazdır.

Londondakı terakta görə məsuliyyəti boynuna götürmüş İŞİD bəyan edib ki, partlayışı "tənha canavar" yox, "dəstə" həyata keçirib.

İlkin məlumata görə, terrorçunun kimliyi artıq bəllidir. Lakin rəsmi qurumlar hələlik bu barədə heç bir açıqlama verməyiblər.

Mark Rouli brifinqdə deyib: "Peşəkar məziyyətləri və bacarıqları başqa məqsədlər üçün gərəkli polisləri mühüm obyektlərin mühafizəsindən azad edərək bu işi hərbçilərə həvalə etmək üçün baş nazirə müraciət etmişik".

Son dəfə Britaniyada "kritik" terror təhlükəsi səviyyəsi Mançesterdəki teraktdan sonra bəyan edilmişdi. Bu rejimin nə qədər qüvvədə qalacağı bəlli deyil.

Cümə günü səhər saatlarında Londonun qərbindəki "Parsons Green" stansiyasında partlayış baş verib. 29 nəfər yaralanıb və ya yanıq xəsarətləri alıb. Onların bəziləri stansiyanı tərk edərkən basabasda xəsarət alıblar.

Partladıcı qurğunun tam işə düşmədiyi də vurğulanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.