Yeni azadlığa çıxan məhkum bu məşhurun keçmiş sevgilisini ölümlə təhdid edir - FOTOLAR

16 сентября 2017 13:56

Day.Az представляет новость на азербайджанском языке

PSJ-nin braziliyalı ulduzu Neymarın keçmiş sevgilisi Soraja Vucelic tanış olmaq təklifini rədd etdiyi bir heyranı tərəfindən ölümlə təhdid edilir.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Playboy modeli təhdid edən şəxsin Soraja Vucelicin maşınını yandırdığı deyilir.

Sosial şəbəkədə 30 yaşlı serbiyalı modeli bir neçə dəfə ölümlə hədələyən adı açıqlanmayan keçmiş məhkum həbsdə ikən saxlanıldığı kameranın divarlarını Soraja Vucelicin fotoları ilə bəzəyibmiş. Məlumata görə, şübhəli şəxs məhkum yoldaşlarına Vucelic ilə özəl bir münasibətinin olduğunu deyib.

Azadlığa çıxdıqdan sonra Soraja Vucelic ilə görüşmək istəyən şəxsin topladığı fotolarla birlikdə məşhur modelin yanına  getdiyi, ancaq gözlədiyi qarşılığı almadığı bildirilir.

Sorajanı təhdid edən keçmiş məhkumun bir zamanlar yaşadığı Serbiyaya girişinin qadağan edilməsi isə məşhur modeli rahatladan tək təsəllidir.

Soraja Vucelic verdiyi cəsur pozalarla adından söz etdirməyə davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.