Aşıq Ədalətin yas mərasimi “Heydər” məscidində baş tutacaq

Day.Az представляет новость на азербайджанском языке.

Xəbər verdiyimiz kimi Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə vəfat edib.

Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilib. Öz vəsiyyətinə uyğun olaraq Dədə Ədalət 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn olunub.

"Qazax" Xeyriyyə İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə 17 sentyabr 2017-ci ildə (bazar günü) Bakı şəhərindəki Heydər Məscidində ustad Aşıq Ədalət üçün yas mərasimi keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.