Konte: "O, "Qarabağ"la oyuna hazır idi"

16 сентября 2017 16:37

Day.Az представляет новость на азербайджанском языке.

"Çelsi"nin baş məşqçisi Antonio Konte futbolçusu David Zappakostanın bu həftə "Qarabağ"a qarşı keçirilən Çempionlar Liqasının oyunundakı (6:0) çıxışı haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun saytına açıqlamasında italiyalı mütəxəssis deyib ki, həmin görüş həmyerlisinin ÇL-də debüt matçı olub: "O, gözəl bir qol vurdu. Bu, futbolçunu sevindirməklə yanaşı özünəinamı da artırır. O, səmimi oldu. Dedi ki, qol zamanı ötürmə vermək istəyib. David mənim futbol ideyama yaxşı bələddir. Ona görə də o, "Qarabağ"la matça hazır idi. David Zappakosta yaxşı fiziki formadadır. Mən onun oyunundan razı qaldım. İndi o, daha da hazırlaşmalı və Çempionlar Liqasına uyğunlaşmalıdır".

Xatırladaq ki, Zappakosta "Qarabağ"la matçda komandasının ikinci qolunu vurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.