İsmayıllıda iki avtomobil toqquşdu: 2 ölü, 4 yaralı

Day.Az представляет новость на азербайджанском языке.

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.