Xroniki ürək çatışmazlığı nədir

Day.Az представляет новость на азербайджанском языке

Xroniki ürək çatışmazlığı əhalini 1-2%-ində aşkarlanır. Yaş artdıqca bu xəstəliyin də rastgəlmə tezliyi artır. 75 yaşdan yuxarı olanlar arasında xroniki ürək çatışmazlığı xəstəliyinə 10% hallarda rast gəlinir.
Day.Az immunitet.az-a istinadən bildirir ki, xroniki ürək çatışmazlığının formalaşmasında bu və ya digər mexanizmlərin üstünlük təşkil etməsindən asılı olaraq bu patoloji sindromun inkişafının aşağıdakı səbəbləri ayırd edilir:
1. Ürək əzələsinin zəifləməsi:
- miokarditlər
- dilatasion kardiomiopatiya
- kəskin miokard infarktı
- miokardın xroniki işemiyası
- infaktdan sonrakı kardioskleroz
- hipo və hipertrioz
- sistem xəstəlikləri zamanı ürəyin zədələnməsi
- miokardın toksiko-allergik zədələnməsi.
2. Ürək mədəciklərinin hemodinamik yüklənməsi:
- yükönü gərginliyin olması
- yüksək arterial təzyiq
- aorta dəliyinin stenozu
- ağciyər arteriyasının stenozu
- aortal qapaq çatışmazlığı
- mitral qapaq çatışmazlığı
- üçtaylı qapaq çatışmazlığı.
3. Ürək mədəciklərinin dolması:
- sol və ya sağ antriventrikulyar dəliyin stenozu
- ekssudativ və konstruktiv perikardit
- perikardial maye
- miokardın sərtliyinin artması
- endomiokardial fibroz
- miokardın kəskin hipertrofiyası.
4. Toxumaların metobolik təlabatının artması:
- hipoksiya vəziyyəti
- anemiyalar
- xroniki ağciyər ürəyi
- hipertrioz
- hamiləlik.
Xroniki ürək çatışmazlığı xəstələri gecələr boğulma tutmalarından, fiziki yüklənmə zamanı təngnəfəslikdən, ağciyərdə xırıltılar, boyun venalarının şişməsindən, qaraciyərin şişməsi, ödem və assitdən əziyyət çəkirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.