Ermənilərin yeni təxribatı - şərab festivalı, yoxsa əyyaşlıq arzusu?

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan mətbuatı yazır ki, Azərbaycanın işğal altında olan Xocavənd rayonunda şərab festivalı keçirilir.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, şərab festivalının Tuğ kəndində qeyd edildiyi bildirilir. Vurğulanır ki, festivala müxtəlif ölkələrdən ona yaxın bloger və jurnalist, eləcə də, xarici qonaqlar gəlib.

Məsələ ilə əlaqədar azərbaycanlı siyasətçilər birmənalı olaraq, bu əməlin qanunsuz olduğunu qeyd edirlər. Politoloq Qabil Hüseynli "Ölkə.Az"a açıqlamasında bildirib ki, ermənilərin məqsədi şərab festivalı keçirmək yox, təxribat törətməkdir. Onun sözlərinə görə, ziyalı və geniş düşüncəyə malik şəxslər ermənilərin bu təxribatına uymazlar.

"Başqa ölkələrin bloger, yazar və jurnalistlərinin Dağlıq Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan səyahət etməsi qanunsuzdur. Bu əməl Azərbaycan suverenliyinin pozulması deməkdir. Bundan əvvəl Lapşinin aqibəti gərək onlara bir növ dərs olmalıdır. Ermənilər orada əslində heç şərab festivalı da keçirtmirlər. Sadəcə olaraq müəyyən adamları toplayıb, təxribatla məşğuldurlar", - deyə siyasətçi bildirib.

Q.Hüseynli deyir ki, Tuğ kəndində şərab istehsal etmək üçün heç əlverişli imkanlar da yoxdur:

"Əslində heç Tuğ kəndində adam qalmayıb ki, orada əkib-becərsin, şərab istehsal etsin. Şərəb festivalının keçirilməsi üçün ən azından 30 ölkədən adam iştirak eməlidir. Tutaq ki, orada müəyyən qədər şərab istehsal edilir. Lakin bu nə festival adlandırıla, nə də brend məhsul sayıla bilər. Bura gələn blogerlər "qarın otarmaq", əyyaşlıq etmək istəyirlər. Onlar "qədim erməni şərabçılığı" haqqında heç nə yaza bilməzlər. Bu məsələdən başı çıxanlar yaxşı bilirlər ki, Tuğ kəndində kustar üsulla hazırlanan şərablar dünyanın müasir festivallarına çıxarıla bilməz. Həmin məhsullar brend sayıla bilməz. Bu festival başdan-başa yalandır".

Qeyd edək ki, Azərbaycanda torpaqlarında qanunsuz keçirilən festivalda hər il Ermənistan və xarici ölkələrdən 2 minə yaxın şəxs iştirak edir.

Rəsmi Bakı dəfələrlə bu kimi tədbirlərin keçirilməsini Ermənistan tərəfinin təxribatçı addımı kimi dəyərləndirib və xarici jurnalistlərin işğal altında olan torpaqlarımızda keçiriləcək siyasi məqsədli tədbirlərə getməmələri barədə çağırışlar edib.

Ermənistan mətbuatı yazır ki, Azərbaycanın işğal altında olan Xocavənd rayonunda şərab festivalı keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.