Smartfonu Bluetooth 10 saniyəyə dağıda bilən virus aşkarlanıb

Day.Az представляет новость на азербайджанском языке

Armis Labs firmasının mütəxəssisləri qurğunu Bluetooth vasitəsilə 10 saniyəyə dağıtmağa qadir olan virus aşkarlayıblar.

Day.Az AZƏRTAC-a xəbər verir ki, Wired nəşrinin yaydığı məlumata görə, Blueborne adlandırılan virus kompüterlər və mobil qurğulara nəzarət etmək imkanı yaradır. Bu zaman yoluxdurma üçün Bluetooth-u işə salmaq kifayətdir. Sındırılma prosedurunun özü isə cəmi 10 saniyə vaxt aparır.

Armis Labs ekspertləri vurğulayıblar ki, BlueBorne, həmçinin kibercasusluq, məlumatların oğurlanması, pul qoparmaq niyyəti güdən proqramların tətbiqi məqsədləri ilə istifadə oluna bilər. Aşkar edilmiş zəif nöqtələr Android, Linux, Windows və iOS-un onuncu versiyalarınadək bütün qurğularda mövcuddur. Bluetooth-u olan bütün belə qurğuların sayı dünyada 8,2 milyarda çatır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.