Acun İlıcalı toy üçün Fransanı seçdi - FOTO

17 сентября 2017 09:11

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin tanınmış şoumeni Acun İlıcalı ilə Şeyma Subaşının nikah tarixi məlum olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,prodüser-aparıcı Acun İlıcalı ilə Şeyma Subaşı cütlüyü sentyabrın 19-da nikah masasına oturacaq.

Onlar toy üçün Fransanın Saint Tropez sahil qəsəbəsini seçiblər. Məlumata görə, toya 250 nəfər dəvət olunacaq.

Sentyabrın18-də Saint Tropezə yaxın olan Marsilya kəndindəki Türkiye konsulluğunda isə səssiz-sədasız, yalnız şahidlərin iştirakı ilə nikah üçün imzalar atılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.