Aeroport yolunda dəhşətli qəza

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda dəhşətli qəza baş verib.

Hadisə şahidlərinin Ölkə.Az-a verdiyi məlumata görə, aeroport yolunda ağır yol qəzası baş verib. Belə ki, iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş vermiş qəzada 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Qəzaya səbəb kimi ötmə zamanı yüksək sürət həddinin olması və idarəetmənin itirilməsi göstərilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.