İdmançımız erməni cüdoçuya qalib gələrək Avropa çempionu oldu - FOTO

17 сентября 2017 14:43

Day.Az представляет новость на азербайджанском языке.

Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.

Milli.Az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib. Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Millimiz kişilərin komanda yarışında birinci yeri tutub. Rusiya ikinci Almaniya komandası isə üçüncü olub.

Ümumi komanda yarışında isə millimiz ikinci pillədə qərarlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.