Qorxulu qurd xəstəliyi - Trixinelloz

17 сентября 2017 19:07

Day.Az представляет новость на азербайджанском языке

Trixinelloz ən təhlükəli parazit xəstəliklərindən hesab edilir.Xəstəliyə hər tərəfdə rast gəlinir.İlk dəfə trixinella süfrəsini C.Pecet meyidin əzələləri arasında tapılmışdır.
Day.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin törədicisi Trichinelladır. Dişi parazit 1-3,erkək parazit isə 1-2 mm uzunluqda olur.Parazitin cinsi yetişkən forması nazik bağırsağın selikli qişasında yaşayır. Erkək parazit dişini mayalandırdıqdan sonra ölür. Dişi trixinella 3-4 həftə,bəzən isə 4-5 həftə yaşayır. Bir parazit 100 minlərlə gənc trixonellaların əmələ gəlməsinə səbəb olur.Parazitin sürfələri qan və limfa vasitəsilə orqanizmə yayılaraq eninəzolaqlı əzələlərin sarkolemması altına giri qalır və orada yaşayır.
Trixinelloz orqanizmdə aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur:
- qızdırma
- əzələ ağrıları
- üzün şişkinləşməsi
- dəri səpgiləri
- eosinofiliya
- ağ ciyərlərin zədələnməsi
- miokardın zədələnməsi
- mərkəzi sinir sistemində pozğunluqlar
Parazitin ən qorxulu xüsusiyyəti onun kapsullaşıb 10-40 il müddətində orqanizmdə diri qala bilməsidir.
Xəstəlik vəhşi heyvanlardan ev heyvanlarına,onlardan da insanlara yoluxur.
Xəstəliyin ağır forması yüksək qızdırma,ishal,ürək bulanma ilə başlayır.Xəstənin üzü və boyun bölgəsi şişir,əzələ ağrıları və konyuktivit müşahidə edilir.Xəstəlik eritrositlərin çökməsi,tromboz əlamətlərinin artması və trombohemorragik sindromla müşahidə edilir.
Xəstəliyə diaqnozun qoyulmasında əzələnin biopsiyasının nəticələri əsas rol oynayır.
Xəstəliyin müalicəsi antihistamin preparatlar,kalsium duzları,analgetiklər və C vitamini ilə aparılır.Xəstəyə mebendazol(vermox) və tiabendazol təyin edilir.Müalicə xəstəliyin erkən dövrlərində başladıqda daha effektli olur.Müalicə zamanı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq xəstəyə ürək-damar preparatları,metobolizmi yaxşılaşdıran dərmanlar təyin edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.