6 qızın rəqsi İranda qalmaqal yaratdı: "Əxlaqsızlar!" - VİDEO

17 сентября 2017 20:02

Day.Az представляет новость на азербайджанском языке

Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş "Glamour Fest" rəqs festivalında 6 ukraynalı qızın rəqsinin əks olunduğu video İranda çox böyük qalmaqala səbəb olub.

Milli.Az bildirir ki, ukraynalı xanımlar iranlı müğənni Seyid Asayişin "Məno Çənt Dust Dəri" mahnısının sədaları altında rəqs ediblər.

Video sosial şəbəkələrdə "İranlı qızların erotik rəqsi" adı ilə yayılandan sonra İranda qalmaqal yaranıb.

İran mediası bu videonu yayanların cəzalandırılmasını tələb edib, rəqqasələri isə "Əxlaqsızlar!" adlandırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
6 qızın rəqsi İranda qalmaqal yaratdı: