Göyçayda ağır qəza: ölən və yaralananlar var

Day.Az представляет новость на азербайджанском языке

Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan iki nəfərdən biri dünyasını dəyişib.
 
Day.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində "VAZ 2106" makralı minik avtomobili qarşı tərəfdən gələn "QAZ 53" markalı yük avtomobili ilə toqquşub.
 
Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, Qarabaqqal kənd sakini 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şəmsəddin Musayev xəstəxanada dünyasını dəyişib. Elçin Həsənovun vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.