Azərbaycanda polisdən nümunəvi addım - FOTO

17 сентября 2017 21:02

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda bu gün yol polisi nümunəvi jesti ilə diqqət cəlb edib.

Oxu.Az-a daxil olan məlumata əsasən, bu gün rayonlardan birindən gələn mikroavtobusun sərnişinlərindən birinin

DYP-nin Nəvai postunun yanında vəziyyəti pisləşib.

Digər sərnişinlərin müdaxiləsi nəticə vermədikdə TTY çağrılıb, lakin naməlum səbəbdən TTY gəlməyib.

Məsələyə postun polisləri müdaxilə etməli olublar. Anar adlı inspektor xəstəni anası ilə birgə maşına əyləşdirərək 1 saylı Kliniki Tibbi Mərkəzə (keçmiş "Semaşko" adına xəstəxana-red.) çatdırıb. İnspektor yolda iki dəfə halı pisləşən xəstəyə özü komək göstərməyə cəhd edib.

Xəstəxanaya çatandan sonra isə orada çalışan qohum həkimdən yardım istəyib. 1 saata yaxın da xəstəxanada müayinə və tibbi müdaxiləni gözləyib. Xəstə qohumları ilə birgə xəstəxananı tərk edəndən sonra isə oradan ayrılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.