"Gəncəyə ilk dəfədir ki, gəlirəm"

Day.Az представляет новость на азербайджанском языке

İnsanları sülh və həmrəylik ideyaları ətrafında birləşdirən "Gəncə Marafonu-2017" möhtəşəmdir. Marafonun keçdiyi marşrut çox gözəl idi. Qaçış zamanı ətrafı seyr etməkdən böyük zövq aldım.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Hindistan vətəndaşı Romeş Sinqh deyib.

Gəncəyə ilk dəfədir ki, gəlirəm. Bununla belə bu şəhərdə gördüklərimi yəqin ki, heç vaxt unutmayacam. Sizin şəhərdə tarix və insanlar yanaşı yaşayır. Qədim tikililər, abidələr, eləcə də böyük, möhtəşəm, müasir binalar hər kəsi özünə valeh edir. İnsanlarınız həm tarixlərinə bağlıdırlar, həm də çox müasirdirlər.

Təşkilatçılar tərəfindən yarış üçün lazım olan hər şey dəqiqliklə düşünülüb. Bizə çox böyük diqqət və qayğı ilə yanaşırlar. İnsanlarınızın idman sevinci və bayram coşqusu isə heç nə ilə əvəzlənə bilməz. Belə bir şəhərdə keçirilən idman yarışında bir daha iştirak etmək istəyərdim" - deyə R. Sinqh qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.