Çinin dünyaya göndərdiyi 135 milyon turistin bir neçə faizi Azərbaycana gəlsə...

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Çindən gələn turistlərin sayının artırılması üçün aktiv fəaliyyət göstərməyə başlayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, bu yaxınlarda çinli blogerlər Azərbaycanda səfərdə olublar:

"Çinlilərin Azərbaycana daha çox gəlməsi üçün artıq Çin istiqamətində aktiv işlərə başlamışıq. Ötən il Çin dünyaya 135 milyon turist göndərib. Onun bir neçə faizi Azərbaycana gəlsə, bizdə turistlərin sayında çox böyük artımı olar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.