Maliyyə naziri 2018-ci il Azərbaycanın dövlət büdcəsi haqqında danışdı

Day.Az представляет новость на азербайджанском языке

2018-ci il Azərbaycanın dövlət büdcəsinin əsas parametrləri Nazirlər Kabinetinin iclasından sonra açıqlanacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

O, büdcə layihəsinin Nazirlər Kabinetinin iclasında nəzərdən keçiriləcəyini, daha sonra dövlət başçısına təqdim olunacağını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.