Ağahüseyn Mustafayev: Məqsədim üçqat çempion olmaqdır

Day.Az представляет новость на азербайджанском языке

Litvada keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında üçüncü dəfə qızıl medal qazanmaq istəyirəm.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, dünya çempionatının sərbəst güləş yarışında ölkəmizi təmsil edən Ağahüseyn Mustafayev deyib.

Dünya çempionatına ciddi hazırlaşdıqlarını vurğulayan idmançı deyib: "Yarışa tam hazırıq. Hərbçilər arasında dünya çempionatının ikiqat qalibiyəm. Məqsədim üçqat çempion olmaq və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.