Qadın avtobusdan yıxıldı

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonunda yerli sakin avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Day.Az report-a istinadən xəbər verir ki, rayonun Ləj kəndindən şəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusu Aeroport yaxınlığında saxlayıb və sərnişin düşürüb. Sərnişinlərdən biri - Bağdagül Qasımova avtobusdan düşərkən yıxılıb, nəticədə ağır xəsarət alıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, yaralı kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.