Rövnəq Abdullayev: "TANAP kəməri Əskişəhərə 2018-ci ilin ortalarında çatacaq"

Day.Az представляет новость на азербайджанском языке

Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə fiziki işlərin 82 faizi başa çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Neftçilər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, boru kəmərinin Türkiyənin Əskişəhər vilayətinə qədər olan hissəsi gələn ilin ortalarınadək hazır olacaq:

"Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin isə 90 faizdən çoxu başa çatdırılıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.