"Qarabağ" - "Roma" oyununa biletlərlə bağlı açıqlama

Day.Az представляет новость на азербайджанском языке

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya "Roma"sı ilə matç üçün bilet satışı davam edir.

Day.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri satış məntəqələrindən və ya onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Satış məntəqələrində vauçerləri biletlərlə dəyişmək də mümkündür.

Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.