Referendum Türkiyənin İraqın şimalına hərbi müdaxiləsinə səbəb olacaqmı?

Day.Az представляет новость на азербайджанском языке

İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum Türkiyənin İraqın şimalına hərbi müdaxiləsinə gətirib çıxara bilər.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-ləri yazır.

Qeyd olunur ki, bu varianta sentyabrın 22-də Türkiyənin milli təhlükəsizlik məsələsi üzrə müşavirədə baxıla bilər.

Türkiyənin İraqın kürd muxtariyyətinə iqtisadi sanksiyalar tətbiq edəcəyi də istisna olunmur.

Xatırladaq ki, kürd muxtariyyətində referendum sentyabrın 25-nə planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.