Meksikada körpə xaç suyuna salınarkən kilsə çökdü

Day.Az представляет новость на азербайджанском языке

Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub.

Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş.

İnsident nəticəsində daha 3 nəfərin isə xəsarət aldığı bildirilir.

 

Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinniə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.