"Mariya" daha bir ölkəni cənginə aldı

Day.Az представляет новость на азербайджанском языке

Karib adaları və Porto Rikonu yerlə yeksan edən "Mariya" qasırğası yenidən 3-cü kateqoriya səviyyəsinə yüksəlib.

Publika.az xəbər verir ki, qasırğa hazırda Dominik Respublikasına doğru hərəkət edir.

Qasırğa adanın şərq sahillərinə sel yağışı və şiddətli külək gətirib. Təbiət hadisəsi 115 km sürətlə adanın daxilinə doğru irəliləyir. Buna görə bölgədə okean suyunun səviyyəsi təhlükəli dərəcədə artıb.

Qasırğanın güclənərək Baham adalarına qədər gedib çatacağı ehtimal edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.