İstanbulda məhkəmə qarşısında atışma

Day.Az представляет новость на азербайджанском языке

İstanbulda məhkəmə qarşısında atışma baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 1 nəfərin xəsarət alması barədə xəbər verilib. Həmin şəxsin əlindən güllə yarası aldığı bildirilir.

İlkin məlumata görə, atışmanın iki qruplaşma arasında baş verməsi ehtimal olunur.

İnsidentlə əlaqədar məhkəmənin ətrafı dərhal polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hadisə ilə bağlı saxlanılanlar olduğu bildirilir.

Yaralı xəstəxanaya yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.