"Nazir Fuad Poladovun səhhəti ilə özü maraqlanır" - Teatrdan açıqlama

Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Fuad Poladov xərçəngdən əziyyət çəkir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Rus Dram Teatrının mətbuat xidməti aktyorla bağlı açıqlama yayıb.

Açıqlamada bunlar qeyd olunub:

"Kütləvi İnformasiya Vasitələrində xalq artisti Fuad Poladovun səhhətinin kritik vəziyyətdə olması haqda məlumat yayılıb. Teatrın mətbuat xidməti olaraq bildiririk ki, teatrın xalq artistinin ağır xəstəliyi haqqında məlumatı var idi. Lakin onun tamaşaçılarını bu məlumatla narahat etməmək istəyinə hörmətlə yanaşaraq, bununla bağlı ictimaiyyətə məlumat verilməyib.

Mədəniyyət və Turizm Nazirliyi, şəxsən nazir özü onun səhhəti ilə maraqlanır və teatrın rəhbərliyindən tez-tez onunla bağlı informasiya alır. 

Teatrın kollektivi inanır ki, aktyor cəsarəti və iradəsi sayəsində bu xəstəliyə qalib gələcək. İnanırıq ki, gələn il planlaşdırıldığı kimi yeni layihədə teatrın səhnəsinə çıxacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.