Atatürk hava limanında eniş edən təyyarə qəzaya uğrayıb, yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Qəza zamanı iki pilot, bir stüardessa və bir sərnişin olmaqla, ümumilikdə dörd nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində bir holdinqə aid özəl təyyarə eniş zamanı qəza törədib. 

İnterAz "Milliyet"ə istinadən xəbər verir ki, Kiprə getmək üçün İstanbuldan havaya qalxan təyyarə texniki problem müəyyən edildiyi zaman geri qayıtmağa çalışıb. Hava limanına eniş zamanı təyyarənin təkəri partlayıb və sürüklənməyə başlayıb. 

Qəza zamanı iki pilot, bir stüardessa və bir sərnişin olmaqla, ümumilikdə dörd nəfər yaralanıb. 

Yanmağa başlayan təyyarəni hava limanının yanğınsöndürənləri söndürüb. 

Yaralıların vəziyyətinin yaxşı olduğu, müalicələrinin davam etdiyi bildirilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.