Mübariz Qurbanlıdan Aşura açıqlaması

Day.Az представляет новость на азербайджанском языке

Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası var: "Fətva kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq".

O bildirib ki, Komitənin yerlərdə şöbələri var: "Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu monitorinqlər Aşura zamanı da davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamaqdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.