Bakıda motosiklet taksi ilə toqquşdu: yaralanan var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var.

Day.Az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əhməd Rəcəbli küçəsində iaşə obyektinə məxsus motosikleti idarə edən 1995-ci il təvəllüdlü Abdullayev Təbriz Əlibaba oğlu 90-RR-458 dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobilin arxa hissəsinə çırpılıb. Nəticədə motosiklet aşıb və bayker ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Şahin Şirinov report-a müsahibəsində bildirib ki, o, taksi fəaliyyəti ilə məşğul olur: "Yolun sağ zolağı hərəkət edirdim. Motosiklet isə sürərlə gələrək avtomobilimin arxasına çırpıldı".

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Deformasiyaya uğrayan motosiklet cərimə meydançasına yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda motosiklet taksi ilə toqquşub