Ronaldo: ""Real"ın başqa mərkəz hücumçusuna ehtiyacı yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

Braziliya millisinin sabiq forvardı Ronaldo "Real"ın ötən yay Moratanı satmasını ağıllı qərar kimi dəyərləndirib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, "fenomen" komandada hücumun sivri hissəsində oynamağı bacaran futbolçuların olduğunu bildirib.

"Real Madrid"in yanaşması mükəmməldir. Heyətdə dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu və Benzema var. Onların başqa mərkəz hücumçusuna ehtiyacı yoxdur".

Ronaldo komandanın La Liqanın yeni mövsümünə uğursuz startını da faciə hesab etməyib. O, "Real"ın maya qədər çempionluq yarışında qalacağına inamını ifadə edib.

"Real Madrid" son bir neçə ildə nəyə qadir olduğunu göstərib. Əvvəlki illərdə oxşar vəziyyət yaranırdı. Onlar enə də titul qazana bilirdi. Ümid edirəm klub uğurlu nəticələr qazanmağa başlayacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.