"Dayanlıqlı inkişaf üçün Azərbaycan Prezidentinin səylərini alqışlayıram"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan gender bərabərliyi sahəsində yaxşı irəliləyişlərə nail olub. Azərbaycan qanunvericliyi qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilən konfansda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Qulam İsakzai deyib.

Onun sözlərinə görə, heç bir qadın, uşaq diqqətdən kənarda qalmalı deyil və cəmiyyətin bütün tələbləri bunda nəzərə alınmalıdır: "Hökumətlərdən, parlamentlərdən xahiş olunur ki, birləşsinlər və insanların ehtiyaclarına cavab verən, siaysi məfkurədən uzaq qanunlar qəbul etsinlər. Əsl dəyişikliyə nail olmaq üçün gender bərabərliyi diqqətdə olmalıdır. Mən dayanlıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırladı. Şadıq ki, Azərbaycanın hesabatında əsas mesajlardan biri gender bərabərliyi idi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.