Təbrizin fəxri oyuna böyük itkilərlə çıxır

Day.Az представляет новость на азербайджанском языке

İran üzrə futbol klublarının Superliqa yarışlarının 7-ci həftəsində keçiriləcək görüşdə Təbrizin "Traktor" futbol komandası Məşhədin "Pədidə" klubunu qəbul edəcək.

Day.Az axar.az-a istinadən xəbər verir ki, oyun bu gün yerli vaxtla saat 17:45-də Təbrizin Yadigare İmam stadionunda başlayacaq.

Baş məşqçi Yəhya Gülməhəmmədi bildirib ki, Məhəmməd İbrahimi, Məhəmməd Nuri və Sina Eşvəri ötən oyunlarda zədə aldıqlarına görə "Pədidə" ilə oyunda meydana çıxa bilməyəcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.