Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv etdi

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Rusiyanın Qara dəniz donanmasına məxsus "Velikiy Novqorod" sualtı gəmisi "Kalibr" qanadlı raketlərlə terrorçuların Suriyada yerləşən obyektlərini atəşə tutub.

Bu barədə Day.Az "Report"a istinadən xəbər verir.

Atəş saat 10:11-də Aralıq dənizi akvatoriyasından açılıb. Hədəf sualtı gəmidən, təxminən, 300 kilometrədək aralıda yerləşən İdlib vilayətində "Cəbhət-ən-Nüsrə" yaraqlılarının obyektləri olub.

Məlumata görə, bütün hədəflər vurulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.