Manaf Ağayevin oğlunun toyundan

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, bu gün müğənni Manaf Ağayev oğluna toy edir.

Day.Az axşam.az-a istinadən bildirir ki,  məclis günorta saatlarında başlayıb. Tədbirdə çox az sayda sənət adamı iştirak edib.

"Niel" şadlıq sarayında keçirilən toyda yalnız kişilər iştirak edib və gəlin olmayıb.

 

M.Ağayev media nümayəndələrinin fotolar çəkməsinə bir söz deməsə də, oğlu kobud şəkildə çəkilişə mane olmağa çalışıb. 

Qeyd edək ki, Ağayevin Müşviq və Elçin adlı oğlu, Səmayyə adlı qızı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.