Erməni deputatların təxribatına tutarlı cavab verildi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən erməni deputatların təxribat cəhdi mübahisələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisdə Avronestin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən tədbirdə erməni deputatlar Azərbaycan əleyhinə böhtan xarakterli çıxışlarla digər iştirakçılarda yalnış təsəsürat yaratmaq istəyiblər. Amma tutarlı və adekvat cavablarla onların bu cəhdlərinin qarşısı alınıb.

"Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilən konfransda Azərbaycan nümayəndə heyətinin üzvlər mövzu kontekstində Ermənistanın işğalçı siyasətinin nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Ermənistan nümayəndə heyəti isə səsləndirilən faktlara münasibət bildirmək əvəzinə, yenə ənənəvi erməni xislətinə uyğun olaraq böhtanlara əl ataraq Azərbaycan barədə yalnış təəssürat yaratmağa çalışıblar. Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan Azərbaycanda təhsil sistemində antierməni təbliğatı aparıldığını iddia edib.

Bu iddialara cavabı isə Təhsil Nazirinin müavini Ceyhun Bayramov tərəfindən verilib. Nazir müavini bildirib ki, Azərbaycan təhsilindəki bütün dərsliklərə nəzarət edilir və burada şagirdlərə aqresiya yox, tarixi həqiqətlər öyrədilir.

Konfransdan sonra jurnalistlərə müsahibə verən erməni deputat Qarabağ münaqişəsi barədə danışmaqdan yayınıb. O, yalnız münaqişədən əvvəl Bakıda yaşadığını və paytaxtla bağlı xatirələrini bölüşməklə kifayətlənib.

Qeyd edək ki, müxtəlif dövlətlərdən 108 iştirakçının iştirak etdiyi beynəlxalq konfrans bu gün öz işini yekunlaşdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.