Azərbaycan Gürcüstana yenə də helikopter göndərdi - Meşə yanğınlarına görə

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Milli.Az-ın FHN-ə istinadən verdiyi məlumata görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Sentyabrın 23-də FHN-in Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.