Azərbaycanın bu rayonunda badam əkini təsərrüfatı yaradılacaq

Day.Az представляет новость на азербайджанском языке

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şamaxı rayonunda keçirilən işgüzar forumda maraqlı və səmərəli təkliflər səsləndirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, forum çərçivəsində Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq və badam əkini təsərrüfatlarının yaradılması, eləcə də süd emalı müəssisəsinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd olunub ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.