Radikal müxalifəti Anti-Azərbaycan qüvvələrlə nə birləşdirir?

Day.Az представляет новость на азербайджанском языке

Hörmətli oxucular elə məsələlər var ki, ona münasibətdə müxalifət iqtidarı anlayışı olmur. Bu, müstəqillik , milli mənafe, dövlətçilik kimi məfumlardır. Amma görünən odur ki, Azərbaycanda özünü radikal müxalifət adlandıran qüvvələrin hakimiyyət ambissiyaları o qədərə böyükdür ki, bu məfhumları nəyinki tapdalayır, hətta onun uğurunda ermənilərlə belə eyni cəbhədə yer almaqdan çəkinmirlər.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, əgər bu gün bütün azərbaycanda sorğu keçirilsə ki ölkənin bir nömrəli problemi hansıdır? Yəqinki mütləq əksəriyyətin cavabı bir olacaq: Dağlıq Qarabağ münaqişəsi. Amma çox təssüf ki, bu mütləq əksəriyyətin içində radikal müxalifəti görmək mümkün deyil. Çünki bu ünsürlərin xarici ağalarına danos ötürməyə başı o qədər qarışıb ki, milli mənafe anlayışı onlar üçün nəyinki sonrakı plana keçib, ümumiyyətlə yoxdur. Əgər belə olmasaydı mitinqəbənzər toplantılarda, xaricdə keçirdikləri görüşlərdə, ötürdüklər danoslarda qarabağ məsələsini də gündəmə gətirərdilər. Heç olmasa görüntü naminə. Belə bir sual ortaya çıxır. Görəsən özünü radikal müxalifət adlandıran ünsürlər bunu özləri etmir, yoxsa yeganə dayaq nöqtələri olan xarici ağaları icazə vermir? Əslində cavab sadədir. Xarici ağaları icazə vermir, onlar isə yeganə dəstəkçilərini itirməmək naminə buna heç təşəbbüs də etmirlər. Əvəzində isə azərbaycanın əleyhinə yönəlmiş kompaniyalarda canfəşanlıq edərək ölkəmizin nüfuzunu zədələməklə məşğuldurlar.
Maraqlısı budur ki, bütün platformalarda məğlubiyyətə düçar olan radikal müxalifət bu məsələdə Ermənistan müxalifətinə də uduzur. Ermənistan hakimiyyəti kimi bu ölkənin müxalifəti də dağlıq qarabağ münaqişəsində haqsız tərəf olduqlarını yaxşı bilirlər. Erməni müxalifəti onu da yaxşı bilir ki Ermənistanın düşdüyü vəziyyətin başlıca səbəbi işğalçılıq siyasəti, onun nəticəsinədə yaranmış təcrid, və yalnız bu kart üzərində hakimiyyətini qoruyub saxlayan rejimdir. Amma bununla belə onlar Dağlıq Qarabağ məsələsini özlərinin milli mənafe məsələsinə çevirdikləri üçün bunu nəyinki beynəlxalq heç yerli səviyyədə də dilə gətirmirlər.
Milli şura adlanan qurum başda olmaqla bizim radikallar üçün isə belə məfhum yoxdur. Hakimiyyət ambissiyasını həyata keçirmək üçün yerli dəstəyi olmayan bu ünsürlər dəstəyi xaricdə axtarır. Elə buna görə də müxalifətçilik etmək əvəzinə 5 ci kalon funkusiyası yerinə yetirirlər.
Əslində Ermənistan müxalifəti ilə Azərbaycan radikal müxalifətini birləşdirən ümumi cəhətlər də var. Bunun başında isə Azərbaycan düşmənçiliyi dayanır. Azərbaycan əleyhinə olan məqsədli və qərəzli kampaniyaları dəstəkələyən qüvvələrin siyahısı dəyişməzdir. Burada hər zaman Ermənistan diasporu və lobbisi ön sırada yer alır. Elə Ermənistan müxalifəti özü də bunu milli mənafe məsələsi hesab etdiyi üçün dəstəkləməkdə tərəddüt etmir. Söhbət o kampaniyalardan gedir ki, bir başa bizim radikal müxalifətin daha doğrusu 5 ci kalonun danosları, böhtanları əsasında hazırlanır. İndi siz qərar verin kim-kimn yanındadır. Yaxud kim, kimə işləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.