"Santa-Barbara"nın aktyorları 24 il sonra - FOTOLAR

12 октября 2017 07:06

Day.Az представляет новость на азербайджанском языке

Bir vaxtların məşhur uzunömürlü serialı olan "Santa-Barbara"nın aktyor və aktrisalarının bugünki həyat və yaradıcılığı bir çox insanlara maraqlıdır.

Day.Az axşam.az-a istinadən 1984-1993-cü illərdə efirdə yayımlanan ekran işinin əsas qəhrəmanları haqda qısa məlumat verir.

Ey Martinsen - serialda Kruz obrazını canlandıran aktyor hazırda da sənətini davam etdirir.

Marsi Uoker - İden xarakterinə həyat verən aktrisa mindən çox seriala çəkilib. Sonradan Marsi Oklahoma ştatında balaca bir şəhərcikdə rahibəliklə məşğul olmağa başlayıb.

Leyn Devis - Meyson kimi tanınan aktyor teatrlarda rol alır.

Robin Matson - serialda Cin obrazında oynayan Robin bir neçə ekran işində də rol alıb.

Robin Rayt  - ekran əsərində Kelli rolunda çıxış edən aktrisanı bu gün də bir çox filmlərdə görmək mümkündür. 

Todda Makki - Ted obrazında olan aktyor hazırda "Keçəl və gözəl" ("The Bold and the Beautiful") serialında oynayır.

Leonardo Di Kaprio  - balaca Meyson xarakterinə həyat verən aktyor hazırda dünyanın ən məşhur simalarından biridir. Leonardo daha çox "Titanik" filmindən sonra şöhrətlənib.

Cedd Allan - serialın ən yadda qalan Sisi obrazı. Bu aktyorun hazırda 78 yaşı var və daha heç bir film və seriala çəkilmir.

Cudit Makkonel - Sofiya obrazında oynayan aktrisanı bu gün daha çox reklam çarxlarında görmək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.