İnsana əzizlərindən daha yaxın olan şəxs - Hər kəs o anı gözləyir

12 октября 2017 07:18

Day.Az представляет новость на азербайджанском языке

Dünya elminin əsrarəngiz qollarından biri fəsləfədir. Fəlsəfənin çoxşaxəli məktəblərinə hind mədəniyyətində də rast gəlinir. Qədim hind fəsləfəsininin "gözəgörünməz bağlar" mövzusu istənilən dövr üçün aktualdır.

Publika.az xəbər verir ki, bu nəzəriyyəyə görə, Yer üzündə qovuşmaqları zəruri olan insanlar gözəgörünməz tellərlə bir-birinə bağlıdırlar. Nə zaman, nə məkan nə də ziddiyətlər, manelər onların görüşünün qarşsını ala bilər.

İnsan bu dünyaya tək gəlir. Həyatı boyu onu yeni imkanlar, görüşlər, biliklər müşayiət edir. Özünə dostlar qazanıb, sevdiyi insanla həyatını birləşdirir. Lakin yaşa dolduqca anlayır ki, dünyanın hansısa nöqtəsində ona daxilən çox bənzəyən, eyni fikirləri, xəyalları bölüşən ruh əkizi var. Ömrünün sonuna 1 gün də qalsa onunla mütləq rastlaşacaq. Qəribə də olsa o, bizə doğmalarımızdan daha yaxındır. Bəşəriyyət özü belə bu gizli tellərə ad qoya bilmir.

Həyatımız boyu onunla görüşə doğru irəliləyirik. Bu görüş bəzən 1 ay və ya illər sonra baş tuta bilər. Bu zaman kəsiyində isə qarşımıza onlarla, bəzən yüzlərlə insan çıxır. Uğursuz sevgi macəraları, tez alışıb tez sönən eşq hekayələrindən sonra qəlbimizin qapısını bağlayırıq. Sevgi dəftərini qapatdığımız o an "O" gəlir. Onda anlayırıq ki, illər boyu gözlədiyimiz xoşbəxtliyi tapmışıq. Məhz tənhalıq həmin gizli bağları gücləndirir və insanları bir-birinə doğru səsləyir. Həyatımızda baş verən möcüzələr də bu ərəfəyə təsadüf edir.

Odur ki, hələ də uğursuz eşqin yasını tutursunuzsa, özünüzü ələ alıb, ən böyük xoşbəxtliyinizi gözləyin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!