Gəlinlik xəyalını 66 yaşında gerçəkləşdirdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə Samiha Korkmaz adlı qadının gəlinlik geyinmək xəyalı 66 yaşında gerçəkləşib.

Yenicag.az xəbər verir ki, o, özündən 6 yaş kiçik kişi ilə evlənib.

Cütlüyün toyu Osmaniyədə yerləşən qocalar evində baş tutub.

Məsələ burasındadır ki, Semiha Korkmaz fiziki məhdudiyyətli olduğu üçün indiyədək subay qalıb. Sonda isə bir dəfə ailəli olub, 10 il öncə boşanan Sevim Yalçına ərə gedib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.