Yetkinlik yaşına çatmayanlara cəza növləri artırılır

12 октября 2017 09:13

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.

Day.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir.

Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə "azadlığın məhdudlaşdırılması" cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.