Maşın Şouda qalmaqal - Meyxanaçılardan biri oyundan getdi

Day.Az представляет новость на азербайджанском языке

-----------
10:23

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun bugünkü buraxılışında qalmaqal yaşanıb.

Day.Az baku.ws-a istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar meyxanaçı Samirə Yusifqızını SMS səsverməsinə çıxarıblar.

Samirə xanım səs toplayacağı təqdirdə həmkarı, meyxanaçı Vüqarı oyundan kənarlaşdıracağını bildirib. Şounun xanım iştirakçıları onun bu mövqeyini təqdir edib və tamaşaçılardan Samirənin qalmasına səs istəyiblər. Amma şounun sonuna az qalmış Murad Dadaşov Samirə Yusifqızının oğlunun studioya zəng etdiyini və anasının mövqeyini dəyişməsini, Vüqarı çıxarmamasını xahiş etdiyini bildirib.

Qısa tərəddüddən sonra oğlunun xahişini nəzərə alacağını deyən Samirə Yusifqızına xanım iştirakçılar etiraz edib. Hətta Mehriban Xanlarova və Vüsalə Kərimova sərt şəkildə onu mövqesizlikdə qınayıblar. Bu etirazlardan sonra Samirə Yusifqızı əvvəlki fikrində qaldığını və Vüqarı şoudan kənarlaşdıracağını bildirib. Amma Samirə Yusifqızı yetərincə səs toplaya bilməyib. 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə ona getsin deyib.

Beləliklə, maşın Samirə üçün əldən getdi. Amma o, getməzdən öncə bir məqamı da açılayıb ki, oyunda qalsaydı, Vüqarı deyil, Arif Quliyevi kənarlaşdıracaqdı.

----------
09:35

Əməkdar artist Murad Dadaşovun təqdimatında "Xanımlar vs cənablar" şüarı ilə, "ATV" telekanalında canlı yayımlanan "Maşın" şounu tərk edən üçüncü iştirakçı məlum olub.

Day.Az Oxu.Az-a istinadən xəbər verir ki, iştirakçılar meyxanaçı Samirə Yusifqızını SMS səsverməsinə çıxarıblar. S.Yusifqızı həmkarı Vüqar Əbdülovu şoudan kənarlaşdırmaq istədiyini bildirib, lakin sonradan fikrini dəyişib.

Əməkdar artist Mehriban Xanlarova və aparıcı Vüsalə Kərimova onun bu addımını sərt tənqid edib. Sonda 12,36 faiz səs toplayan Samirə Yusifqızı "Maşın"ı özü tərk etməli olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Maşın Şouda qalmaqal - Meyxanaçılardan biri oyundan getdi