Bakıda 10 yaşlı uşaq binadan yıxıldı

12 октября 2017 10:01

Day.Az представляет новость на азербайджанском языке

Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb.

Day.Az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.