Aktyor da təcavüzdə suçlandı - Üzr istədi - FOTO

12 октября 2017 10:51

Day.Az представляет новость на азербайджанском языке

Amerikalı aktyor, 45 yaşlı Ben Afflek uzun illər boyu aktrisalara və modellərə seksual təcavüzlərdə suçlanan məşhur prodüser, 65 yaşlı Harvi Vaynşteyni "əxlaqsız və tərbiyəsiz" adlandıraraq qınamışdı.

İndisə Ben Afflekin özünü bu əməllərdə ittiham edirlər.

Milli.Az NBC-yə istinadən bildirir ki, aktrisa Hilari Bertonun dediyinə görə, aktyor 2003-cü ildə teleşounun çəkilişləri zamanı ona sataşıb, əl-qol atıb: "O murdar hadisəni indiyədək unuda bilmirəm".

B.Afflek həmin olaya görə Twitter-də aktrisadan üzr istəyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.