Məşhur prodüser 30 aktrisaya təcavüzdə suçlanır

12 октября 2017 10:52

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən məşhur prodüserlərindən biri, amerikalı Harvi Vaynşteyn seksual təcavüzlərdə suçlanmasından dolayı çox ağır depressiyadadır. 65 yaşlı prodüserin qızı Lili Vaynşteynin dediyinə görə, atası intihar həddindədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 30 aktrisaya sataşmaqda və təcavüz cəhdində ittiham olunan H.Vaynşteyn Los-Anceles şəhərini tərk edib. O, indi Avropadadır və psixoloji reabilitasiya klinikasında müalicə olunacaq.

Dünən H.Vaynşteyn özəl reaktiv təyyarə ilə Avropaya yollanmışdı.

Bu arada Britaniya Kino və Televiziya Akademiyası (BAFTA) H.Vaynşteyni üzvlər sırasından xaric edib.

Vaynşteynin arvadı, dizayner Corcina Çepmen ərindən boşanacağını bəyan edib.

H.Vaynşteyn "The Weinstein Co" şirkətindəki postundan da qovulub.

 

The New York Times bildirir ki, H.Vaynşteynin uzun illər boyu aktrisalara sataşdığı, onları aşağıladığı və təcavüzə cəhd etdiyi ilə bağlı situasiyada yeni təfərrüatlar aşkarlanıb.

Aktrisa Eyşa Arcentonun dediyinə görə, Vaynşteyn onu oral sekslə məşğul olmağa vadar edib.

H.Vaynşteynin əxlaqsız hərəkətlər və təkliflər etdiyi, sataşdığı, təcavüzə çalışdığı məşhurlar arasında Qvinet Peltrou və Ancelina Coli ilə yanaşı Luisett Qeys, Cudit Qudreç, Daun Danninq, Tomi-Enn Roberts, Eyşa Arqento, Ketrin Kendall, Lüsia Evans, Mira Sorvino, Rosanna Arquett, Rous MakQoven, Eşli Cadd, Emma De Koen, Zelda Perkins, Loren O-Konnor, Embra Battilana, Cessika Bart, Lora Madden, Emili Nestor, Elizabet Karlsen, Layza Kempbell, Loren Siven, Cessika Şayens, Romola Qaray, habelə adları açıqlanmayan daha 7 qadın var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!