“Milan”ın əfsanəvi futbolçusu ölkə prezidenti seçildi - FOTO

12 октября 2017 11:13

Day.Az представляет новость на азербайджанском языке

"Milan"ın əfsanəvi futbolçusu Corc Vea Liberiya prezidenti seçilib.

Yenicag.az xəbər verir ki, o, seçkilərdə ən çox səs qazanan şəxs olub.

Maraq üçün bildirək ki, Vea 2005-ci il seçkilərində Ellen Conson Sirleafa məğlub olaraq, prezidentlikdən əlini üzüb.

O, 2014-cü ildən Montserrado bölgəsinin senatoru olaraq Liberiya parlamentində yer alıb.

Qeyd edək ki, Vea 1995-ci ildə "Qızıl top" mükafatını qazanan ilk afrikalı futbolçu olub. O, "Milan"ın heyətində 1995/1996 və 1997/1998 mövsümlərində İtaliya A seriyasının qalibi adını qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!