"Mələkxanım Eyyubova mənim müştərim olub"

12 октября 2017 13:28

Day.Az представляет новость на азербайджанском языке

ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan rəqqasə Fatimə bu sənətə gəlməmişdən öncəki peşəsi ilə bağlı maraqlı açıqlamalar edib.

Milli.Az Fatimənin verilişdən sözügedən açıqlamalarını təqdim edir:

"Tibb universitetində oxumuşam. Amma 4-cü kursda yarımçıq qoydum. Mən uşaqlıqdan qandan qorxmuşam. IV kursda praktikalarda mənim ürəyim dayanardı. Hələ Tibb Universitetinə daxil olmamışdan öncə isə mən anamın kosmetoloqu var idi, onun yanında bir neçə aya peşəkar kosmetoloq kimi çalışmağa başladım.

Azadlıq prospektində bir salon var idi ki, ora məni işə düzəltdilər. Mən orada 2 il çalışdım. Yanıma elə bir müştərilər gəlirdi ki... Azərbaycanın xalq atisti Mələkxanım Eyyubova mənim müştərim olub. Məni o qədər sevirdi ki... Orada çalışan qadınların hər birinin 40-dan yuxarı yaşı var idi. Orada ən kiçik mən idim. Məni öz uşaqları kimi əzizləyirdilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!