"Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr AŞPA-da ikili standartların yüksəlişini göstərdi"

12 октября 2017 13:36

Day.Az представляет новость на азербайджанском языке

Oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında (AŞPA) Azərbaycanla bağlı qəbul olunmuş 14403 və 14397 saylı Qətnamələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası olmaqla, bu qurumda hüququn tənəzzülünü, ikili standartların yüksəlişini göstərmiş oldu.

Day.Az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Aparat rəhbəri qeyd edib ki, bu gün Azərbaynın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və ölkəmizə qarşı qara kampaniyalar həyata keçirilir.

A.Səfixanlı əlavə edib ki, müəyyən antiazərbaycan qüvvələrin siyasi sifarişi və subyektiv mülahizələri əsasında hazırlanmış bu sənədləri qəbul etməklə AŞPA bir qurum kimi öz nüfuzunu daha da aşağı salmış oldu.

Onun sözlərinə görə, obyektiv, müqayisəli və analitik təhlilə əsaslanmadan, qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qəbul edilmiş bu qətnamələr hansı dairədən sifariş olunduğunu və Azərbaycana qarşı qarayaxma məqsədi daşıdığını açıq aydın göstərmiş oldu: "Ümumiyyətlə, tənqid və ya tövsiyə inkişafa xidmət edən amillərdir. Ötən dövr ərzində Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib, bir çox beynəlxalq müqavilənin iştirakçısı olmaqla milli qanunvericiliyini tam təkmilləşdirib. Bu gün də Azərbaycan BMT-nin müqavilə qurumları və digər beynəlxalq və regional təşkilatlar tərəfindən təqdim olunan təklif və tövsiyələrə diqqətlə yanaşaraq bu sahədə müəyyən addımlar atır. Bununla bağlı geniş məlumata ölkəmizin müqavilə qurumlarına təqdim etdiyi hesabatlara nəzər yetirməklə əldə etmək olar. Bütün bunlar Azərbaycanın hər hansı beynəlxalq və ya regional təşkilatla əməkdaşlığı naminə deyil, dövlətimizin maraqları, onun dahada demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Amma əgər beynəlxalq və ya regional təşkilat tərəfindən qəbul edilən və "tövsiyə" xarakteri daşıyan qətnamələr obyektiv reallıqdan uzaqdırsa, ikili yanaşma sərgiləyirsə, çirkli siyasi məqsədlərə xidmət edirsə və dövlətə qarşı təyziq vasitəsi kimi istifadə edilirsə, qəbul olunan sənədi dəyərsiz etməklə bərabər, sənədi qəbul edən qurumun nüfuzunu da aşağı salmış olur. Azərbaycan müstəqil, güclü dövlətdir, özünün daxili və xarici siyasət prioritetləri var və bu kimi sənədlərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil".

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələri qəbul edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!